Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV > Akif Çovdarovla bağlı ən dəhşətli iddia

Akif Çovdarovla bağlı ən dəhşətli iddia


18-11-2015, 17:24. Yazar: Xeberaz
Akif Çovdarovla bağlı ən dəhşətli iddia
Akif Çovdarovla bağlı ən dəhşətli iddi – Eldar Mahmudovun ilk həyat yoldaşını qətlə yetirib…

Üç gün əvvəl çoxsaylı ağır cinayət ittihamları ilə həbsə atılmış killer-general Akif Çovdarovla bağlı ən dəhşətli iddia ortaya atılıb. Əvvəllər Çovdarovla bağlı araşdırmalar aparmış, həbsdə olarkən onunla üz-üzə gəlmiş jurnalist Eynulla Fətullayev Akif Çovdarovu Eldar Mahmudovun ilk həyat yoldaşının qatili adlandırıb.

Bu şokedici iddianı jurnalist Feysbukda paylaşdığı qısa postunda irəli sürüb.

E.Fətullayev yazır: “Eldar Mahmudov-Akif Çovdarov cütlüyünün daha bir cinayəti. Deməli, təxminən 2006-cı ildə mən bu cütlüyün daha bir cinayətinin izinə düşdüm. Söhbət Eldar Mahmudovun ilk həyat yoldaşı, milliyətcə ləzgi olan Yana Mahmudovanın qətlindən gedir. Yeri gəlmişkən, 1993-cü ildən onu heç kim axtarmır və Daxili İşlər Nazirliyində itkin düşmüş şəxslərin siyahısındadır. Amma, dəqiq məlumat əldə etmişdim ki, Yana Mahmudova Akif Çovdarov tərəfindən qətlə yetirilib… Hüquq-mühafizə orqanlarındaki mənbələrim 2006-cı ildə bu məlumatı təsdiq etmişdi”.

Xatırlatmaq yerinə düşər ki, Akif Çovdarova qarşı rəsmi ittihamların arasında qətl işi də var…(moderator.az)

Geri dön