Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğan yeni hökümət qurur

Ərdoğan yeni hökümət qurur


17-11-2015, 22:03. Yazar: Xeberaz
Ərdoğan yeni hökümət qurur
Türkiyə prezidenti ölkənin baş nazirinə tapşırıq verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğluya ölkənin yeni hökumətini qurmağı tapşırıb.

Bu barədə TRT Haber kanalı məlumat yayıb.

Yeni hökümət parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra 45 gün ərzində qurulmalıdır.

Xatırladaq ki, Türkiyədə parlament seçiləri bu ilin noyabr ayının 1-də keçirilib.

MSK-nın nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə parlamentində 317, Cümhuriyyət Xalq Partiyası - 134, , Milliyyətçi Hərəkat Partiyası - 40, Xalqların Demokratik Partiyası (HDP) isə 59 deputatla təmsil ediləcək.
Geri dön