Ana Sayfa > M / Karusel / Dünya > Fransanın baş nazirindən terror təhlükəsi xəbərdarlığı

Fransanın baş nazirindən terror təhlükəsi xəbərdarlığı


16-11-2015, 23:53. Yazar: Xeberaz
Fransanın baş nazirindən terror təhlükəsi xəbərdarlığı
“Episentr İraqdadır”.

Fransanın paytaxtında terror aktları əvvəlcədən hazırlanıb, Avropanın digər ölkələrində ekstremistlərin əməllərinin təzahürünü gözləmək lazımdır.

Xəbəraz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals bəyan edib.

“Terror aktı Suriyada düşünülüb, təşkil edilib və planlaşdırılıb”, - Vals bəyan edib.

Hökumət başçısının vurğuladığı kimi, Fransa 2014-cü ildən “İslam Dövləti” radikal təşkilatına qarşı koalisiyada iştirak edir.

“Amma episentr Suriyada deyil, İraqdadır. Məhz orada gələcək həll olunur. Məhz İraqda biz digərləri ilə bərabər İŞİD-ə qarşı mübarizə aparırıq. Və biz “Miraj” və “Rafal” təyyarələrimizi Suriyada istifadə etmək qərarına gəldik”- o vurğulayıb.
Geri dön