Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > Ramiz Mehdiyevin monoqrafiyası tacik dilində - Foto

Ramiz Mehdiyevin monoqrafiyası tacik dilində - Foto


14-11-2015, 20:20. Yazar: Xeberaz
Ramiz Mehdiyevin monoqrafiyası tacik dilində - Foto
Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində çap olunub.

Xəbəraz.az məlumatına görə, əsəri tacik dilinə Olim Xocamurod və Bahriddin Cuyo tərcümə ediblər. Kitabın redaktoru Tacikistanın xalq şairi Gulnazar Geldidir.

Monoqrafiyada Dağlıq Qarabağın tarixi, ermənilərin Dağlıq Qarabağa köçürülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycana mənsub olması tutarlı faktlarla sübut edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının yalan və uydurma üzərində qurulduğu diqqətə çatdırılır.

Tacikistanın elmi ictimaiyyəti və oxucular belə bir kitabın nəşrini böyük maraqla qarşılayıblar.


Ramiz Mehdiyevin monoqrafiyası tacik dilində - Foto
Geri dön