Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb


31-03-2015, 19:25. Yazar: Xeberaz
Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb
Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib.

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib.

Xeberaz.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Pakistanın mövqeyinin dəyişilməz olduğunu bildirib.

Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əməkdaşlıq planına daxil edilib.

Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.
Geri dön