Ana Sayfa > M / Karusel / Dünya > Terrorda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

Terrorda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur


14-11-2015, 18:01. Yazar: Xeberaz
Terrorda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
Zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir

Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir.
Geri dön