Ana Sayfa > M / Karusel / Dünya / Reportaj > Milyarder Qarabağa pul ayırdı - 1 milyon

Milyarder Qarabağa pul ayırdı - 1 milyon


14-11-2015, 16:23. Yazar: Xeberaz


Milyarder Qarabağa pul ayırdı - 1 milyon
Rusiyanın “Taşir” şirkətinin erməni əsilli prezidenti Samvel Karapetyan “Hayastan” ümumerməni fonduna 1 milyon dollar ianə ayırıb

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün sərf olunacaq.

Erməni milyarderin ayırdığı vəsait hesabına 21 çoxuşaqlı erməni ailəsi evlə təmin olunacaq.

Layihənin tam reallaşdırılması məqəsdilə noyabrın 26-da erməni diasporu bütün dünyada telemarafon keçirəcək və topladığı vəsaiti “Hayastan” fondunun hesabına yatıracaq.

“Forbes” jurnalının məlumatına görə, 4 milyard sərvəti olan Samvel Karapetyan Rusiyanın ən varlı 26-cı adamıdır.
Geri dön