Ana Sayfa > M / Karusel / Gündəm / İdman / M2 > Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib.

Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib.


31-03-2015, 18:30. Yazar: Xeberaz
Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib.

Xeberaz.az Qafqazinfo-ya istinadən xəbər verir ki, AFFA-nın İnzibati Binasından keçirilən iclasda əvvəlcə Sadıq Sadıqov “ağ-qaralar”da işlədiyi müddətdəki fəaliyyəti haqqında hesabat verib. Daha sonra isə seçki ilə “Neftçi”yə yeni rəhbər seçilib və həmçinin Müşahidə Şurasının üzvləri təsdiqlənib. Bundan sonra paytaxt təmsilçisinə tanınmış yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Bu barədə məlumatı jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev verib.

Ümumilikdə, sədrlə birgə şuranın 7 üzvü var. Bunlar futbol veteranları - Mübariz Zeynalov, Səməd Qurbanov, SOCAR-ın 2 nümayəndəsi, aktyor, şoumen Bəhram Bağırzadə və Sadıq Sadıqovdur.
Geri dön