Ana Sayfa > M / Karusel / Dünya > Saakaşvili vətəndaşlığının ləğv edilməsi xəbərini şərh edib

Saakaşvili vətəndaşlığının ləğv edilməsi xəbərini şərh edib


13-11-2015, 17:06. Yazar: Xeberaz
Saakaşvili vətəndaşlığının ləğv edilməsi xəbərini şərh edib
Gürcüstan xalqı özü seçim edəcək.

Odessa vilayəti dövlət administrasiyasının sədri və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili UMX-Mərkəzin (Ukrayna Milli Xəbərləri) müxbirinə eksklüziv açıqlamasında Gürcüstanın Ədliyyə Nazirliyinin onun vətəndaşlıqdan məhrum edilməsinə dair bəyanatını şərh edib.
“Mən öz komandamla bərabər Gürcüstanı müasir ölkəyə çevirdim. Hakimiyyəti müvəqqəti zəbt edən insanlar bu dövlətdə müxtəlif kələklərə əl ata bilərlər. Amma Gürcüstan xalqı özü seçim edəcək. Əlbəttə, hüquqi olaraq hər şey etmək olar, bəs xalq necə, bunu istəyirmi? – bunu xalq seçəcək”, - M.Saakaşvili bildirib.

Xatırladaq ki, Gürcüstanın Ədliyyə Nazirliyi bəyan edib ki, dekabrın əvvəlində prezident Georgi Marqvelaşviliyə sabiq prezident Mixeil Saakaşvilinin gürcü vətəndaşlığının ləğv edilməsinə dair çıxarışı təqdim etməyi planlayırlar.
Geri dön