Ana Sayfa > M / Karusel / Siyasət / Təbriklər > Zakir Həsənov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Zakir Həsənov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb


12-11-2015, 17:34. Yazar: Xeberaz
Zakir Həsənov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb
Hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön