Ana Sayfa > M / Karusel / Hadisə > MTN əməliyyat keçirdi: Saxlananlar var

MTN əməliyyat keçirdi: Saxlananlar var


12-11-2015, 16:29. Yazar: Xeberaz
MTN əməliyyat keçirdi: Saxlananlar var
Faktla bağlı araşdırmalar aparılır.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Bu barədə MTN-in İctimai Əlaqələr İdarəsindən bildirilib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.oxu.az
Geri dön