Ana Sayfa > M / Karusel / Şou-Biznes > Sevda 2 milyonluq filmdən niyə imtina etdi ?-Açıqlama

Sevda 2 milyonluq filmdən niyə imtina etdi ?-Açıqlama


12-11-2015, 00:46. Yazar: Xeberaz
Sevda 2 milyonluq filmdən niyə imtina etdi ?-Açıqlama

Müğənni Sevda Yahyayevaya İtaliyadan təklif gəlib.

İtalyan rejissor Danielle Lukette müğənnini büdcəsi 2 milyon avro olan filmə çəkmək istəyib. Ekran işinin çəkilişləri İtaliyada və başqa Avropa ölkələrində baş tutacaq.

S.Yahyayeva ona külli miqdarda qonorar təklif edən rejissorun istəyini geri çevirib. Buna səbəb isə filmdəki bəzi səhnələrin müğənninin xoşuna gəlməməsi olub.

İfaçının prodüseri Pərviz Əsgərov məsələ ilə bağlı açıqlama verib:

"Möhtəşəm bir film olmalıdır. Rejissorun köməkçisi öncə mənimlə əlaqə saxladı. Film haqda söhbət etdik. Yüksək miqdarda qonarar təklif edildi. Lakin filmdə olan bəzi səhnələrin xalqımızın mentalitetinə uyğun olmadığı üçün təklifdən imtina etdik".

Danielle bugünə qədər "Sçastlivıe qodı" ("Xoşbəxt illər"), "Naşa jizn" ("Bizim həyatımız") kimi filmlərə rejissorluq edib.
Geri dön