Ana Sayfa > M / Karusel / Gündəm > Sürücülərin diqqətinə: pərdə və plyonkadan istifadənin müddəti başa çatır

Sürücülərin diqqətinə: pərdə və plyonkadan istifadənin müddəti başa çatır


11-11-2015, 12:48. Yazar: Xeberaz
Sürücülərin diqqətinə: pərdə və plyonkadan istifadənin müddəti başa çatır
Noyabrın 15-də sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Geri dön