Ana Sayfa > M / İdman / M2 > Dmitri Nazarov millidən kənarlaşdırıldı

Dmitri Nazarov millidən kənarlaşdırıldı


9-11-2015, 13:09. Yazar: Xeberaz
Dmitri Nazarov millidən kənarlaşdırıldı

Azərbaycan milli komandasının Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib.

Xəbəraz.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Almaniyanın “Karlsrue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov zədələndiyi üçün yığmanın toplanışında iştirak etməyəcək.

Komandamızın baş məşqçi Robert Prosineçki milliləşdirilmiş legionerin əvəzinə “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu düşərgəyə çağırıb.

Qeyd edək ki, Moldova ilə matç noyabrın 17-də Bakı Olimpiya Stadionunda olacaq.
Geri dön