Ana Sayfa > M / Karusel / Gündəm > Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının iki rayonunda qaz olmayacaq


6-11-2015, 22:04. Yazar: Xeberaz
Sabah Bakının iki rayonunda qaz olmayacaq
SOCAR məlumat yaydı.

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Noyabrın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-1'', “Zirə-3'' və “Yeni Zabrat” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat-1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Geri dön