Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Müsahibə > İlham Əliyev Şəkiyə pul ayırdı

İlham Əliyev Şəkiyə pul ayırdı


5-11-2015, 20:10. Yazar: Xeberaz
İlham Əliyev Şəkiyə pul ayırdı
Maliyyə Nazirliyinə tapşırıq verildi.

Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xəbəraz
.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Geri dön