Ana Sayfa > M / Karusel / Siyasət / Reportaj > Putin Azərbaycan ilə müqaviləni təsdiqlədi

Putin Azərbaycan ilə müqaviləni təsdiqlədi


4-11-2015, 18:59. Yazar: Xeberaz
Putin Azərbaycan ilə müqaviləni təsdiqlədi
Federal qanun Dövlət Duması tərəfindən 2015-ci ilin oktyabr ayının 23-də qəbul edilib.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan ilə investisiyaların təşviqi və mühafizəsi barədə razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb.

“Razılaşma Rusiya Federasiyası və Azərbaycan respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün səmərəli şaraitin yaradılmasına yönəlib”, - sənəddə deyilir.

Federal qanun Dövlət Duması tərəfindən 2015-ci ilin oktyabr ayının 23-də qəbul edilib və 2015-ci ilin oktyabr ayının 25-də Federal Şura tərəfindən təsdiqlənib.
Geri dön