Ana Sayfa > M / Karusel / Gündəm / M2 > Allahşükür Paşazadə: “İsrailə qarşı birləşməyənlər Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdılar”

Allahşükür Paşazadə: “İsrailə qarşı birləşməyənlər Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdılar”


30-03-2015, 23:48. Yazar: Emil
Allahşükür Paşazadə: “İsrailə qarşı birləşməyənlər Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdılar”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Yəməndə baş verən hadisələrə münasibət bildirib.

xeberaz.az apa-ya istinadən xəbər verir ki, A.Paşazadə təəssüflə vurğulayıb ki, ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdı: “Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir”.
Geri dön