Ana Sayfa > M / Karusel / Siyasət > "Qısqançlığa görə ərləri həyat yoldaşlarının yerinə səs verib"

"Qısqançlığa görə ərləri həyat yoldaşlarının yerinə səs verib"


3-11-2015, 14:38. Yazar: Xeberaz
"Qısqançlığa görə ərləri həyat yoldaşlarının yerinə səs verib"
Şahin Əsədli müğənninin şikayət etməsinə cavab verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli müğənni Elza Seyidcahanın parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

ANS PRESS-ə açıqlama verən Şahin Əsədli bildirib ki, Elza Seyidcahanın seçkilərdən narazı olduğunu bilmir. Onun sözlərinə görə, bu barədə rəsmi şikayət edilməyib. Lakin bu məsələnin araşdırılacağını qeyd etdi.

54 saylı Şabran Siyəzən seçki dairəsinin namizədi Elza Nuru Qızı Seyidcahan parlament seçkilərində qarşılaşdığı saxtakarlıq və qanunsuzluqdan şikayətlənib. Onun sözlərinə görə məntəqə sədrləri böyük nöqsanlara göz yumub.

"Mənimlə birgə dairədən mübarizə aparan Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov sadə insanlara təzyiq göstərdi və mənə qarşı sui qəsd təçkil etmək istəyirdilər."

İfaçı MSK-a müraciət edəcəyini deyir.

“Mən MSK-dan xahiş edəcəyəm ki, bülletenlər orada sayılsın və bu böyük qanun pozuntusu aradan qaldırılsın. MSK qanun pozuntuları barədə ölçü götürəcək, necə ki, mənim imzalarımı saxtalaşdırmışdılar”

Müğənninin dediklərinə görə, Şabran-Siyəzən Seçki Dairəsində ciddi nöqsanlar olub .O, məntəqə sədrinin maraqlı açıqlamasından danışıb:

“Şabran-Siyəzən Seçki Dairəsində şəffaflıqdan söhbət gedə bilməz. Çox biabırçı formada, açıq formada, təzyiq, xəsarət, təhqir, topa-topa pullar olub. Hətta məntəqə sədrinin sədri deyir ki, “indi 1-2 nəfər atıblar da, kənt yeridi həyat yoldaşlarını kişilər qısqanırlar onun üçündə onların yerinə büllitenləri atırlar” görün necə gülməli bir bəhanədir”

Elza Seyidcahan onu təxribata çəkmək istədiklərindən danışıb:

“ 51 saylı seçki məntəqəsinin sədri Sərvan Dadaşov çağırıb məni dedi ki, siz burada 163 səs toplamısız amma Tahir Süleymanov 63 səs toplayıb gəlin sizin səsinizi artıraq o biri rəqiblərinizində bir az artıraq məntəqəmizin reytinqi artsın. Görün bunlar məni necə bir təxribata çəkirlər. Siyəzəndə bəzi müəllimləri qorxudublar ki, Elzaya səs versəniz sizi işdən çıxardacağıq.

İfaçı təbliğat qrupunun rəhbəri Gülnaz Qəmbərliyə qarşı təzyiqlər olduğunu dedi. Ona görə də Gülnaz Qəmbərli yıxılalaraq başı əzilib və reanimasiyaya düşüb.
"Qısqançlığa görə ərləri həyat yoldaşlarının yerinə səs verib"

Gülnar Qənbərli

Müğənni onu da əlavə edib ki, təbliğat-təşviqat kampaniyası dövründə ona bir neçə dəfə sui-qəsd hazırlanıb:

“Məni bir ay ərzində ancaq izləyiblər. Bütün avtomobillər məni izlədiyi üçün bir neçə dəfə az qala maşın altına düşüm".

Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olub. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olub, 1977- 1982- ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdrib. 1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır.

Bir dəfə ailə qurub, lakin sonradan boşanıb. 1 oğıu və 1 qızı var.
Geri dön