Ana Sayfa > M / Karusel / Gündəm > Şamaxıda iğtişaş: camaat seçkinin nəticələrinə etiraz edir

Şamaxıda iğtişaş: camaat seçkinin nəticələrinə etiraz edir


3-11-2015, 14:07. Yazar: Xeberaz
Şamaxıda iğtişaş: camaat seçkinin nəticələrinə etiraz edir
Aksiya dağıdılarkən polis tərəfindən sərt şəkildə güc tətbiq edilib.
Şamaxıda 1 noyabr parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb.

Virtualaz.org saytının bölgə müxbiri xəbər verir ki, seçkinin nəticələrindən narazı qalan bir qrup Şamaxı sakini etiraz aksiyasına çıxıb.

Məlumata görə, rayon sakinlərinin etiraz aksiyası polis tərəfindən dağıdılıb. Aksiya dağıdılarkən polis tərəfindən sərt şəkildə güc tətbiq edilib. Bir neçə nəfərin saxlanılması barədə məlumatlar var.

Bazar günü - noyabrın 1-də Azərbaycanda parlament seçkisi keçirilib.
Geri dön