Ana Sayfa > M / Karusel / Gündəm / Aktual > DİN sahibkarlara müraciət etdi: Bu nömrəyə zəng edin

DİN sahibkarlara müraciət etdi: Bu nömrəyə zəng edin


31-10-2015, 17:00. Yazar: Xeberaz
DİN sahibkarlara müraciət etdi: Bu nömrəyə zəng edin
Sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur

Nazirlikdən verilən məlumata görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal Nazirliyin 1002 nömrəli «Qaynar xətt»inə məlumat verilməsi xahiş olunur.

Geri dön