Ana Sayfa > M / Karusel / Gündəm > Polis gücləndirilmiş iş rejiminə keçdi

Polis gücləndirilmiş iş rejiminə keçdi


29-10-2015, 15:07. Yazar: Xeberaz
Polis gücləndirilmiş iş rejiminə keçdi
Post-patrul xidməti naryadlarının sayı artırılır

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovmüvafiq əmr imzalayıb.

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Geri dön