Ana Sayfa > M / Karusel / Gündəm > Əli İnsanov qardaşının yasına buraxılmadı

Əli İnsanov qardaşının yasına buraxılmadı


27-10-2015, 12:23. Yazar: Xeberaz
Əli İnsanov qardaşının yasına buraxılmadı
Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirakına icazə verilməyib

Bu haqda Modern.az saytına vəkil Toğrul Babayev məlumat verib.

Sabiq nazirin evə buraxılmamasına səbəb kimi saxlanma şəraitindəki mövcud qanunlar əsas gətirilib. Vəkilləri Əli İnsanovun yas mərasimində iştirakı üçün 13 saylı cəzaçəkmə müəssisinin rəhbərliyinə müraciət etmişdi.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında Əli İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Geri dön