Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Bakıda idmançının ölümü ilə bağlı cinayət işi başlanıb. – VİDEO

Bakıda idmançının ölümü ilə bağlı cinayət işi başlanıb. – VİDEO


29-03-2015, 17:18. Yazar: Xeberaz
Bakıda idmançının ölümü ilə bağlı cinayət işi başlanıb. – VİDEO

CM-nin 124-cü maddəsi üzrə.
Xeberaz.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğundan verilən birgə məlumatda qeyd edilir ki, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Geri dön