Ana Sayfa > M / Karusel / Hadisə > Deputatlığa namizəd qətlə yetirildi

Deputatlığa namizəd qətlə yetirildi


25-10-2015, 13:03. Yazar: Murad
Deputatlığa namizəd qətlə yetirildi
Misirdə keçirilən parlament seçkilərində sələfi "Əl-Nur" partiyasından olan namizəd Sinay yarımadasının şimalında naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Xəbəraz.az Xarici KİV-lərinə istinadən xəbər verir ki, şimali Sinay yarımadasından "Əl-Nur" partiyasından yeganə namizəd olan Mustafa Əbdülrəhman Şimali Sinay əyalətinin inzibati mərkəzi Əl-Аriş şəhərində evinin qarşısında güllələnib.

Məlumata görə, namizəd evdən çıxan zaman motosikletlə hərəkət edən iki silahlı şəxs ona atəş açıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən M.Əbdülrəhmanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis cinayətkarları axtarır.
Geri dön