Ana Sayfa > M / Karusel / Siyasət > Ramil Usubov daha bir polis rəisini işdən çıxartdı

Ramil Usubov daha bir polis rəisini işdən çıxartdı


22-10-2015, 13:01. Yazar: Xeberaz
Ramil Usubov daha bir polis rəisini işdən çıxartdı
Nazir əmr imzalayıb.

Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

Xəbəraz.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib
Geri dön