Ana Sayfa > M / Karusel / Siyasət > Milli Məclis qərar qəbul etdi

Milli Məclis qərar qəbul etdi


20-10-2015, 20:13. Yazar: Xeberaz
Milli Məclis qərar qəbul etdi
Qərar oktyabrın 26-dan qüvvəyə minir.

Bu gün Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar qəbul edib.

Xəbəraz.
az -ın Azərtaca istinadən verdiyi xəbərə görə, qərara əsasən 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər- Cəfərov Namiq Şamil oğlu, Hacıyev Sənan Firudin oğlu, Hüseynov Abiddin Qabil oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edildilər.

Eləcə də verilən qərara əsasən 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edildi.

Qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir.
Geri dön