Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədən azad olundu.

Baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədən azad olundu.


29-03-2015, 14:39. Yazar: Xeberaz
Baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədən azad olundu.
Səhiyyə Nazirliyində yeni təyinat.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədən azad olunub.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, səhiyyə nazirinin müvafiq əmri ilə onun yerinə Rauf Nağıyev təyin olunub.

Hadisə ilə əlaqədar Mürsəl Həmidovla əlaqə saxladıq. Həkim Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tutduğu vəzifədən azad olunduğunu təsdiqlədi.

Mürsəl Həmidov bildirdi ki, hazırda Səhiyyə Nazirliyinin təcili yardımında baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rauf Nağıyev uzun müddətdir səhiyyə sahəsində çalışır. O, əvvəllər Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.
Geri dön