Ana Sayfa > M / Karusel / Siyasət > Eldar Mahmudov Türkiyə mediasında

Eldar Mahmudov Türkiyə mediasında


19-10-2015, 00:48. Yazar: Xeberaz

Eldar Mahmudov Türkiyə mediasında
Prezident İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovu işdən azad etməsi Türkiyə mediasında da geniş şəkildə işıqlandırılıb.

Xəbəraz.az avropa.info-ya istinadən xəbər verir ki, Azərbaycandakı vəzifə dəyişikliklərinə o qədər də diqqət ayırmayan qardaş ölkə mətbuatı Eldar Mahmudovun işdən azad edilməsinə xüsusi dəqqət yetirib.

Türkiyənin nüfuzlu "Milliyyet" qəzeti, Doğan Xəbər Agentliyi, dövlət agentliyi olan Anadolu Agentliyi və onlarla sayt Eldar Mahmudovun işdən azad edilməsindən yazıb.

Bir qayda olaraq prezidentin eks-nazirlə bağlı sərəncamını diqqətə çatdıran Türkiyə medası, Eldar Mahmudovun hansı səbəbdən işdən azad edilməsinin bilinmədiyini qeyd edib.
Geri dön