Ana Sayfa > M / Karusel / İqtisadiyyat > “Azərenerji” işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqladı

“Azərenerji” işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqladı


16-10-2015, 13:51. Yazar: Xeberaz
“Azərenerji” işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqladı
Qurumun rəsmisi danışdı.

“Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, bu sözləri “Azərenerji” nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib:

“Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.

Qeyd edək ki, “Azərenerji”nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.
Geri dön