Ana Sayfa > M / Karusel / Dünya > Nazir rəisi işdən çıxardı

Nazir rəisi işdən çıxardı


14-10-2015, 16:31. Yazar: Xeberaz
Nazir rəisi işdən çıxardı
Qərar qəbul olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi Mirzağa Mirzəyev tutduğu vəzifədən azad olunub.

Xəbəraz.az -ın ETSN-in saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında qərar qəbul olunub.

Buna səbəb kimi onun vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməməsi və işində nöqsanlara yol verməsi göstərilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.
Geri dön