Ana Sayfa > M / Karusel / Siyasət > Deputatlar hökumətə 6 gün vaxt verdilər

Deputatlar hökumətə 6 gün vaxt verdilər


14-10-2015, 16:19. Yazar: Xeberaz
Deputatlar hökumətə 6 gün vaxt verdilər
Qanun layihələrinin müzakirəsi davam etdirilir.

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

Xəbəraz
.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək:

“İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.
Geri dön