Ana Sayfa > M / Karusel / Dünya > Türkiyə mətbuatına qadağa: “Terrordan yazmayın”

Türkiyə mətbuatına qadağa: “Terrordan yazmayın”


11-10-2015, 01:02. Yazar: Xeberaz
Türkiyə mətbuatına qadağa: “Terrordan yazmayın”

Türkiyə mətbuatına terrorla bağlı yazıları dərc etmək müvəqqəti olaraq qadağan edilib.



Türkiyə Ali Televiziya və Yayım Şurası Kütləvi İnformasiya Vasitələrinə Ankarada baş vermiş terror aktı ilə bağlı materiallar yaymağı müvəqqəti yasaqlayıb.



Verilən məlumata görə, KİV-də partlayış zamanı çəkilmiş və ölkə vətəndaşları arasında çaxnaşma yarada biləcək kadr və fotoşəkillərin yayılması qadağan edilib.



Hakim qüvvələr bu müvəqqəti qadağanın ölkənin milli və ictimai təhlükəsizliyi baxımından qoyulduğunu vurğulayıb.
Geri dön