Ana Sayfa > M / Karusel / Gündəm > Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olundu

Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olundu


10-10-2015, 13:42. Yazar: Xeberaz
Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olundu
Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olunub
Xəbəraz.az xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyev vəzifəsindən azad olunub. Yeni rəisin kimliyini isə dəqiqləşdirə bilmədik.

Xatırladaq ki Sahib Mirzəyev buna qədər İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi vəzifəsində çalışıb. 2012-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin rəisi təyin olunmuşdu. O, bu vəzifədə polkovnik Əkbər İsmayılovu əvəzləmişdi.

***

APA-nın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. Bildirək ki, sözügedən idarənin rəisi Rasim Musayev bir ay əvvəl qəflətən dünyasını dəyişib.

***

Artıq Sumqayıt şəhər Polis İdarəsinin yeni rəisinin kimliyi açıqlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sahib Mirzəyevi Yasamalın rəisi Əkbər İsmayılov əvəzləyib.

Qeyd edək ki, Əkbər İsmayılov əvvəl də Sumqayıt şəhər Polis İdarəsinin rəisi olub.
Geri dön