Ana Sayfa > M / Karusel / Siyasət > Elza Seyidcahanın namizədliyi qeydə alınmadı

Elza Seyidcahanın namizədliyi qeydə alınmadı


8-10-2015, 22:51. Yazar: Xeberaz
Elza Seyidcahanın namizədliyi qeydə alınmadı
Uyğunsuzluq oldu.

Bəstəkar-müğənni Elza Seyidcahanın noyabrın 1-də Milli Məclisin keçiriləcək parlament seçkilərində namizədliyi qeydə alınmayıb.

Xəbəraz.az xəbər verir ki, bu barədə AzNews.az-a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komisiyasından məlumat verilib.

Məlumata görə, sənətçinin sənədlərində uyğunsuzluq olub.

Qeyd edək ki, Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki dairəsindən namizədliyini ürəli sürmüşdü. Onu da bildirək ki, E.Seyidcahan mətbuata açıqlamasında 10 050 imza topladığını bildirmişdi. Lakin DSK onun yalnız 550 imza topladığını açıqlamışdı.

Qeyd edək ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi hazırkı depuatat Tahir Süleymanovdur.
Geri dön