Ana Sayfa > M / Siyasət / M2 > Rusiya raketləri Azərbaycanın üzərindən uçub? - VİDEO

Rusiya raketləri Azərbaycanın üzərindən uçub? - VİDEO


7-10-2015, 19:10. Yazar: Xeberaz
Rusiya raketləri Azərbaycanın üzərindən uçub? - VİDEO




Video Youtube-da yerləşdirilib.

Rusiyanın Müdafiə Nazirliyi YouTube kanalında Rusiya Federasiyası Hərbi dəniz donanması gəmilərindən Suriyada İŞİD infrastrukturlarına buraxılmış raket zərbələrinin əks olunduğu video yerləşdiriblər.


Xeberaz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Bu gecə Rusiyanın Hərbi dəniz donanmasının gəmi zərbə qrupu Xəzər dənizi akvatoriyasının təyin edilmiş bölgəsindən Suriyanın ərazisində yerləşən İŞİD infrastrukturlarına dəniz bazalı kompleksdən qanadlı raket zərbəsi endirib. Qanadlı raketlər bütün təyin edilmiş hədəfləri uğurla məhv ediblər. Hədəflərin uzaq məsafədə məhv edilməsi dəqiqliyi 3 metrdən çox olmayıb”, - Müdafiə Nazirliyinin saytındakı məlumatda deyilir.

Raketlərin hədəfləri mərmi və partlayıcı qurğular istehsal edən zavodlar, komandanlıq məntəqələri, silah, sursat və yanacaq-sürtkü materialları anbarları, eləcə də terrorçuların təlim düşərgələri olub.



Geri dön