Ana Sayfa > M / Karusel / Hadisə / M2 > Goranboyda şagird dərsə qumbara gətirdi

Goranboyda şagird dərsə qumbara gətirdi


7-10-2015, 14:23. Yazar: Xeberaz
Goranboyda şagird dərsə qumbara gətirdi




Goranboyda şagird dərsə qumbara gətirdi

DİN məlumat yaydı.


Oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınaraq, polis əməkdaşlarına təhvil verilib.

Xeberaz.az xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirib.

E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.
Geri dön