Ana Sayfa > M / Karusel / Dünya > “Səudiyyə rəhbərliyindən qisas alacağıq”

“Səudiyyə rəhbərliyindən qisas alacağıq”


5-10-2015, 01:11. Yazar: Xeberaz
“Səudiyyə rəhbərliyindən qisas alacağıq”

İran İnqilabı Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanına sərt cavab verməyə hazırdır.



Bunu jurnalistlərə açıqlamasında İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Cəfəri söyləyib.



Onun sözlərinə görə, İran İnqilabı Keşikçiləri Korpusu müsəlmanların, xüsusilə, İranın şərəfini hər zaman qorumağa hazırdır: “Biz Səudiyyə Ərəbistan rəhbərliyindən törətdiyi hadisəyə görə qisas alacağıq. Müsəlman dünyası artıq bu rejimin Yəməndə dinc insanları öldürməsi, İraqda etnik bölgülər aparması, terrorizmi dəstəkləməsindən bezib”.



Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutan həcc ziyarəti zamanı 770 nəfər şəxs həyatını itirmişdi. Ölənlərin 464 nəfəri İran vətəndaşları olmuşdu. axar.az
Geri dön