Ana Sayfa > M / Karusel / Gündəm > Ziya Məmmədovun bacısının işdən çıxarılmasına - Reaksiya

Ziya Məmmədovun bacısının işdən çıxarılmasına - Reaksiya


5-10-2015, 00:08. Yazar: Xeberaz
Ziya Məmmədovun bacısının işdən çıxarılmasına - Reaksiya
Bu gün mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovanın bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edilməsi haqda məlumatlar yayılıb.

Xəbəraz.az xəbər verir ki, aznews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün “Tərəqqi” liseyi ilə əlaqə saxlayıb.

Liseydən bildirilib ki, Məhbubə Məmmədovanın işdən çıxarılması haqda yayılan məlumatlar yalandır:

“Dünən Məhbubə xanım iş başında olub. Sonra da Təhsil Nazirliyinin təşkil etdiyi böyük toplantıya qatılıb və orada çıxış edib”.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədova yaxın olan şəxslərin bir-birinin ardınca vəzifədən alınması, onun tabeliyində olan obyektlərin və villaların yoxlanılması barədə məlumatlar yayılıb.
Geri dön