Ana Sayfa > M / Karusel / Foto-fakt / Xəbəraz TV / Gənclərimiz > Azərbaycanlı çempionatı zamanı Ramin Zeynalov dünyasını dəyişib-VİDEO

Azərbaycanlı çempionatı zamanı Ramin Zeynalov dünyasını dəyişib-VİDEO


28-03-2015, 16:13. Yazar: Xeberaz
Azərbaycanlı  çempionatı zamanı Ramin Zeynalov dünyasını dəyişib-VİDEO
İdmançı elə döyüşdəcə dünyasını dəyişib.

Bakıda döyüş zamanı ölən idmançının videosu yayılıb.

Xeberaz.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qubanı təmsil edən 27 yaşlı Ramin Zeynalovun Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı dünyasını dəyişib.

Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, idmançı elə döyüşdəcə ölüb. Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

Qeyd edək ki, ölüm hadisəsi ötən gün saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində qeydə alınıb.


Geri dön