Ana Sayfa > M / Karusel / Hadisə > Neftçalada ər-arvad döyülərək bıçaqlandı

Neftçalada ər-arvad döyülərək bıçaqlandı


4-10-2015, 11:57. Yazar: Xeberaz
Neftçalada ər-arvad döyülərək bıçaqlandı

Neftçala rayonunda ərin bıçaqlanması və həyat yoldaşının döyülməsi ilə nəticələnən hadisə baş verib

Xəbəraz.az xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.

1969-cu il təvəllüdlü kənd sakini Füzuli Sahib oğlu Piriyev ailə münaqişəsi zəminində gəlininin əmisi tərəfindən bıçaqlanıb, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şərafət Qurban qızı Piriyeva isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.
Geri dön