Ana Sayfa > M / Karusel / Dünya > İrəvanda yenidən etiraz aksiyası başlayıb

İrəvanda yenidən etiraz aksiyası başlayıb


3-10-2015, 11:01. Yazar: Xeberaz
İrəvanda yenidən etiraz aksiyası başlayıb
Aksiyada iştirak edənlər “Yox” cəbhəsi altında birləşiblər.

İrəvanın mərkəzində, Azadlıq meydanında konstitusiya islahatları əleyhinə mitinq keçirilir.

Xəbəraz.az -ın APA-ya istinadən verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində “Yox” plakatını tutublar.

Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və “İrs” partiyasının nümayəndələri çıxış edəcəklər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər. Mitinqdən sonra yürüşün keçirilməsi nəzərdə tutulub.
Geri dön