Ana Sayfa > M / Karusel / Gündəm > Cəmil Həsənlinin qızının işində yenilik

Cəmil Həsənlinin qızının işində yenilik


29-09-2015, 00:15. Yazar: Xeberaz
Cəmil Həsənlinin qızının işində yenilik
Bakı Apelyasiya Məhkəməsi (BAM) Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılmasını davam etdirib.

Xəbəraz.az azadliq.info-ya istinadən xəbər verir ki, şikayət birinci instansiya məhkəməsinin qərarından verilib.
Bu gün məhkəmə müdafiə tərəfin təkrar məhkəmə-tibbi ekspertizanın keçirilməsi və geniş tərkibdə mütəxəssislərin iştirakı ilə zərərçəkmişin müayinə edilməsi haqqında vəsatətinə baxıb.

Məhkəmə vəsatəti qismən təmin edib və ekspertiza keçirilməsini qərara alıb, lakin ekspertizanın formatını dəqiqləşdirməyib.
Bununla əlaqədar olaraq məhkəmə təhqiqatı qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatırladaq ki, fevralın 22-də Yasamal Rayon Məhkəməsi Güneli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Apreldə Bakı Apelyasiya Məhkəməsi şikayətə istintaqla baxmaqdan imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət də təmin edilməyib.

Sentyabrın 11-də Bakı Apelyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxmağa başlayıb
Geri dön