Ana Sayfa > M / Karusel / Siyasət > Əli Kərimli yenidən AXCP sədri seçilib

Əli Kərimli yenidən AXCP sədri seçilib


27-09-2015, 18:35. Yazar: Xeberaz
Əli Kərimli yenidən AXCP sədri seçilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı keçirilib

"Report"un məlumatına görə, qurultayda AXCP sədrliyinə seçki keçirilib. Sədrliyə iki nəfər-partiyanın hazırki sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli namizədliyini irəli sürüb.

S.Kərimli səsvermənin gizli keçirilməsini tələb etsə də, əksəriyyət açıq səsvermənin keçirilməsinin tərəfdarı olub. Ə.Kərimli də səsvermənin gizli keçirilməsini təklif edib. S.Kərimli də səsvermə gizli keçirilmədiyindən namizədliyini geri götürüb.

Açıq səsvermədə Əli Kərimli yenidən partiyanın sədri seçilib.

Geri dön