Ana Sayfa > M / Karusel / Dünya > İbrahim Tatlısəs: “Mənim siyasət anlayışım...“

İbrahim Tatlısəs: “Mənim siyasət anlayışım...“


27-09-2015, 12:47. Yazar: Xeberaz
İbrahim Tatlısəs: “Mənim siyasət anlayışım...“


Türkiyədə keçiriləcək parlament seçkilərinə bitərəf namizəd olan məşhur müğənni İbrahim Tatlısəs siyasi arenadakı hədəfini açıqlayıb

Musavat.com-un məlumatına görə, məşhur müğənni sosial şəbəkədəki hesabında bunları yazıb: “Doğru olanın yanındayıq, əyrilərlə işimiz yoxdur. Şüarımız doğru siyasət, dürüst siyasət, işsizliyin həlli üçün aparılan siyasətdir”.

Müğənni siyasətlə məşğul olma səbəbini isə belə açıqlayıb: “Gənclərimiz ölməsin analarımız ağlamasın, uşaqlarımız yetim qalmasın deyə siyasət! Mənim siyasət anlayışım budur”.

Qeyd edək ki, İbrahim Tatlısəs AKP-dən deputatlığa namizəd olmaq istəsə də onun bu istəyi qəbul edilməmişdi. Bundan sonra İbrahim Tatlısəs bitərəf olaraq namizədliyini irəli sürdü.

Geri dön