Ana Sayfa > M / Karusel / Şou-Biznes > Rəhim niyə Aygün Kazımovanın konsertinə getməyib?

Rəhim niyə Aygün Kazımovanın konsertinə getməyib?


26-09-2015, 14:53. Yazar: Xeberaz
Rəhim niyə Aygün Kazımovanın konsertinə getməyib?

Müğənni Rəhim Rəhimli xalq artisti Aygün Kazımovanın avqustun 21-də baş tutan solo konsertinə qatılmamasının səbəbini açıqlayıb.

Xeberaz.az-ın məlumatına görə, sənətçi "Star life"da "Aygün Kazımova və Röya dostunuzdur. Niyə Röyanın konsertinə getdiniz, Aygünün yox" sualına belə cavab verib:

"Hamıdan əvvəl bilirdim ki, avqustun 21-də Aygün xanımın da, Röyanın da konserti olacaq. 21-də Bakıda olmadım və Aygün Kazımovanın konsertinə qatıla bilmədim. 22-də Bakıya qayıtdım və Röyanın konsertinə getmək qərarı verdim. Əgər Aygün xanımın konserti həmin gün olsaydı, ora da qatılacaqdım. Birinci Röyanın tədbirinə, sonra isə Aygün Kazımovanınkına gedəcəkdim. Sənət dostlarımı incitməyi sevmirəm. Çünki yaşda məndən böyükdür və Azərbaycan şou-biznesində inqilab etmiş biridir. Mən nə Aygün Kazımovaya, nə də dostum Röyaya hörmətsizlik etməzdim".
Geri dön