Ana Sayfa > M / Karusel / Siyasət > Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dövlət başçısı Barak Obama

Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dövlət başçısı Barak Obama


24-09-2015, 23:39. Yazar: Xeberaz
Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dövlət başçısı Barak Obama
Rusiya prezidenti Nyu-Yorka gedir.

Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dövlət başçısı Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşləri razılaşdırılıb, Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər arasında danışıqlar bazar ertəsi, Nyu-Yorkda baş tuta bilər, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

Hazırda, Peskovun sözlərinə görə, Rusiya prezidentinin Nyu-Yorka səfər planı belədir: BMT Baş Assambleyasında öz həmkarlarının bəzi çıxışlarını dinləyir, daha sonra isə özü çıxış edir.

Bundan sonra Putin Pan Gi Munla görüşəcək, daha sonra BMT Baş katibinin adından nümayəndə heyəti başçılarının şərəfinə protokol tədbirinə qatılacaq.

"Və artıq bundan sonra onun Abe və Obama ilə görüşü baş tutacaq", - deyə, Peskov bildirib.
Geri dön