Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz TV > Sərəncamı verilən səfir niyə qayıtmır? - Diplomat qalmaqalı

Sərəncamı verilən səfir niyə qayıtmır? - Diplomat qalmaqalı


23-09-2015, 23:15. Yazar: Xeberaz
Sərəncamı verilən səfir niyə qayıtmır? - Diplomat qalmaqalı

Azərbaycanın İspaniya krallığındakı səfiri Altay Əfəndiyev açıqlamasında barəsində mətbuatda yazılanlara aydınlıq gətirib.

Xəbəraz.az ans-ə istinadən məlumatına görə, səfir söyləyib ki, ilin sonuna kimi səfir postunda qalacaq. Çünki onun geri çağrılması barədə sərəncam olmayıb.

Səfir onunla qohumluq əlaqələrinə malik şəxslərin səfirlikdə çalışması xəbərini təkzib edib. O əlavə edib ki, həmin şəxslər Xarici İşlər Nazirliyinin işçiləridir:

“Geri çağrılmaqla bağlı şəxsən heç bir sərəncam, təlimat almamışam. Belə bir təlimat gələnədək öz fəaliyyətimi davam etdirəcəm. Hesab edirəm ki, mənbəyi bəlli olmayan məlumat məhz Xarici İşlər Nazirliyinə qarşı aparılan kampaniyadır. Bunlar həqiqətə uyğun məlumatlar deyil. İstər qohumlarla bağlı, istərsə də rüşvətxorluqla bağlı”.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Altay Əfəndiyevin səfir kimi geri çağırılması haqda sərəncamı bu il, mayın 20-də imzalamışdı.

Geri dön