Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.27-03-2015, 14:18. Yazar: Xeberaz |
Müvafiq sərəncamlar imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, MTN-nin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib: General-leytenant ali hərbi rütbəsi general-mayor Vəli Məmiş oğlu Ələsgərova general-mayor Elçin Ərsalan oğlu Əliyevə general-mayor Fərhad Hüseyn oğlu Vahabova General-mayor ali hərbi rütbəsi polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə. Dövlət başçısının digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə təltif ediliblər: III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Çovdarov Akif Teymurxan oğlu - general-mayor Mahmudzadə Elşad Bilal oğlu - polkovnik “Vətən uğrunda” medalı ilə Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant İbayev Zabil Nəsir oğlu - mayor Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru Sadıqov Mahir İbrahim oğlu - polkovnik Sultanov Şahin Sultan oğlu - general-mayor “İgidliyə görə” medalı ilə Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant Mövsümov Azər Adil oğlu - kapitan “Hərbi xidmətlərə görə” medalı ilə Abbasov Mövlud Həsənqulu oğlu - mayor Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan Cabbarov Turac Vaqif oğlu - kapitan İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik Quliyev Bəhruz Yusif oğlu - kapitan Rzayev Tural Məmməd oğlu - kapitan Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant. Azərbaycan prezidenti daha bir sərəncamı ilə İqor Leonidoviç Kərimova Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilib. Geri dön |