Ana Sayfa > M / Karusel / Dünya > PKK Almaniyada polisə hücum etdi

PKK Almaniyada polisə hücum etdi


21-09-2015, 01:55. Yazar: Xeberaz
PKK Almaniyada polisə hücum etdi


Almaniyanın Köln şəhərində "terrora lənət" şüarı altında mitinq keçirilib.

PKK-çılar mitinqə müdaxilə edərək, qarışıqlıq yaradıblar. Yürüyüş zamanı əlində Abdullah Öcalan plakatı tutan PKK tərəfdarlarından biri mitinq iştirakçılarına doğru qaçıb.

Polisin müdaxiləsindən sonra PKK tərəfdarı uzaqlaşıb. Lakin bu zaman digər küçədən 50 nəfərlik dəstə çıxıb.

PKK lehinə şüarlar səsləndirən dəstəyə polis gözyaşardıcı qazla müdaxilə edib. PKK tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Hər iki tərəfdən yaralananlar olub. Axar
Geri dön